Rumıniyada prezident seçkiləri keçirilir

51

Rumıniyada prezident seçkilərində səsvermə prosesi gedir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 21:00-da bağlanacaq, seçki məntəqələri bağlandıqdan sonra ilk exit-poll nəticələri gözlənilir.

İctimai rəy sorğularına əsasən, seçkilərdə ifrat sağçı müxalif Rumıniyalıların Birliyi Alyansının (AUR) lideri George Simeon liderdir.

Məlumat üçün bildirək ki, bu, son 6 ayda Rumıniyada ikinci prezident seçkisidir. Ötən ilin noyabrında Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Dekabrda Rumıniyanın Konstitusiya Məhkəməsi seçkilərin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib və bunu Rusiyanın ifrat sağçı namizəd Kalin Georgescu-nun xeyrinə müdaxiləsini əsas gətirib. Fevralın sonunda Georgescu altı cinayətdə, o cümlədən yalan məlumat yaymaqda ittiham olunub. Maraqlıdır ki, Georgescu Rumıniya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün müraciət edib, lakin Mərkəzi Seçki Komissiyası onun ərizəsini təsdiq etməyib.

 

Simeondan başqa, seçkilərdə daha 10 prezidentliyə namizəd iştirak edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
DİN narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən iki nəfəri həbs edib
Öncəki yazı
Hindistan Pakistandan idxalı qadağan edib