Rumıniyada NATO təlimlərinin vaxtı açıqlanıb – ƏTRAFLI

1

Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.

QafqazTürk xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.

Rumıniyadakı NATO döyüş qrupu 2022-ci ilin mayında yaradılıb. Hazırda Fransa, Belçika və Niderlanddan olan hərbçilər ölkədə qərarlaşıb. Digər dövlətlərin də qrupda iştirakı istisna edilmir.

Report

0
0
Sonrakı yazı
Rumıniyada NATO təlimlərinin vaxtı açıqlanıb – ƏTRAFLI
Öncəki yazı
თურქეთში, მალათიის რეგიონში 4,8 და 4,5 მაგნიტუდის სიმძლავრის მიწისძვრები მოხდა