Rumıniyadakı prezident seçkilərinin birinci turunda Rumıniyalıların Birliyi Alyansının (AUR) lideri, millətçi namizəd George Simeon qalib gəlib.
Nəşrin məlumatına görə, Simeon seçkilərdə 40,5% səs toplayıb.
Buxarestin liberal meri Nikuzor Dan təxminən 21% səslə ikinci olub. Üçüncü yerdə hakim koalisiyanın namizədi, Buxarest merindən bir qədər geri qalan Krin Antoneskua qərarlaşıb.
Seçkilərin ikinci turu mayın 18-də keçiriləcək.
Məlumat üçün bildirək ki, bu, son 6 ayda Rumıniyada ikinci prezident seçkisidir. Ötən ilin noyabrında Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Dekabrda Rumıniyanın Konstitusiya Məhkəməsi seçkilərin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib və bunu Rusiyanın ifrat sağçı namizəd Kalin Georgescu-nun xeyrinə müdaxiləsini əsas gətirib. Georgesku altı cinayətdə, o cümlədən yalan məlumat yaymaqda ittiham olunub. Maraqlıdır ki, Georgescu Rumıniya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün müraciət edib, lakin Mərkəzi Seçki Komissiyası onun ərizəsini təsdiq etməyib.