This is a specific ad

Rövşən İskəndərovun və Etibar İskəndərovun vəkilinin məhkəmədəki təklifi təmin edilmədi

348

Another advertisement

Oktyabrın 26-da Gürcüstanda keçirilən Parlament seçkilərində Marneuli bələdiyyəsinin Sadaxlı kəndində 69 saylı seçki məntəqəsində bülletenləri qanunsuz olaraq qutuya atdığına görə həbs edilən Marneulinin bələdiyyə sədri müavini Rövşən İskəndərovun və ona kömək edən Etibar İskəndərovun Marneuli Magistr Məhkəməsində məhkəməsi keçirildi.

QafqazTürk Media xəbər verir ki, müdafiə tərəfi Rövşən İskəndərov və Etibar İskəndərov üçün 50 min lari girov təklif etsə də, hakim sanksiya tətbiq edərək növbəti məhkəməni dekabrın 25-nə təyin edib.

Qeyd edək ki, Prokurorluq Gürcüstan Cinayət Məcəlləsinin 2 ilə qədər həbsi nəzərdə tutan 163- cü maddəsi ilə ittiham irəli sürürək məhkəməyə müraciət etmişdi.

Sonrakı yazı
Bu ailələrə ev hədiyyə olunacaq
Öncəki yazı
საქართველოს ტურისტული სექტორი გამოვიდა პოსტპანდემიური აღდგენის ეტაპიდან და გადავიდა განვითარების ახალ ფაზაში, რაზეც მიმდინარე წლის სტატისტიკური მონაცემებიც მეტყველებს” – ირაკლი ნადარეიშვილი