This is a specific ad

Rövşən İskəndərov və daha bir şəxs saxlanılıb

332

Another advertisement

DİN: Sadaxlıda Rövşən İskəndərov və daha bir nəfər saxlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfər – 1984-cü il təvəllüdlü R.İ. və 1990-cı il təvəllüdlü E.İ. saxlanılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə DİN məlumat verib.

“İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər, 2024-cü il oktyabrın 26-da keçirilmiş Gürcüstan Parlament seçkiləri zamanı Marneuli rayonunun Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində qanun pozuntusu edərək seçki qutusuna saxta bülletenlər atıblar.

Bu hadisə ilə bağlı Marneuli Dairə Seçki Komissiyasının qərarı ilə 69 saylı seçki məntəqəsində səsvermə dayandırılıb və səsvermənin nəticələri etibarsız sayılıb. Keçirilən istintaq tədbirləri nəticəsində R.İ. və E.İ. təqsirləndirilən şəxs qismində saxlanılıb. Bu cinayət iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 164-cü maddəsi ilə aparılır ki, bu da seçkilərlə bağlı sənədlərin: seçici siyahılarının, protokolların, bülletenlərin, qeydiyyat jurnallarının və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını nəzərdə tutur” , – məlumatda deyilir.

Sonrakı yazı
Marko Mixelson: “Biz Gürcüstanı itiririk”
Öncəki yazı
İsrail İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun ballistik raketlərin istehsal olunduğu kosmik mərkəzini zədələyib