This is a specific ad

Rostov vilayətində neft bazasında güclü yanğın baş verib…

145

Another advertisement

Rusiyanın Rostov vilayətində neft bazasında 20 yanacaq çəni yanıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Məlumata görə, artıq dörd gündür ki, Rostov vilayətindəki neft bazasında baş verən yanğını söndürməyə çalışırlar. Yanğın nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.

Bildirilib ki, neft bazasında hər biri 5 min kubmetr olan cəmi 74 çən var. 20-yə yaxın konteyner yanıb.Yanğının sahəsi 10 min kvadratmetrdir.

Məlumat üçün bildirək ki, neft obyektində yanğın avqustun 18-də pilotsuz təyyarənin (PUA) hücumu nəticəsində baş verib. Yanğının söndürülməsində 500-dən çox insan iştirak edir. Xəsarət alanların hamısı yanğınsöndürmə xidmətinin əməkdaşlarıdır. Onlardan 15-i xəstəxanaya yerləşdirilib.

Sonrakı yazı
Yerdən 27 min dəfə böyük sirli obyekt tapılıb
Öncəki yazı
Avtobuslarda biletsiz səyahətə görə verilən cərimələr artıb