Another advertisement
Romada polis cinayət yerində kitab oxuyarkən oğrunu həbs edib.
QafqazTürk Media xəbər verir ki, 38 yaşlı oğru yaşayış mənzilinə eyvandan daxil olsa da, onun diqqətini Covanni Nuççinin kitabı cəlb edib. Cinayətkar kitab oxuyarkən ev sahibi yuxudan ayılaraq evdə yad adamın olduğunu bilir və dərhal polisə müraciət edir. Cinayətkar qaçmağa çalışsa da, polis onu kitab oxuyarkən yaxalayıblar.
Kitabın müəllifi əsərində cinayətkarın həbsxanaya göndərilməsi planından bəhs edir.