This is a specific ad

Roma Əsasnaməsini imzalamasına baxmayaraq Monqolustan Putini niyə həbs etmədi? – AÇIQLAMA

322

Another advertisement

“Biz Vladimir Putini Rusiyadan enerji asılılığına görə həbs edə bilmədik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Monqolustan hökuməti “Politico”ya verdiyi açıqlamada danışıb.

Monqolustan hökumətinin nümayəndəsinin sözlərinə görə, ölkə enerji asılılığı vəziyyətindədir və bu, Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməsini çətinləşdirir.

“Monqolustan neft məhsullarının 95%-ni və elektrik enerjisinin 20%-dən çoxunu yaxın qonşularımızdan [Rusiya və Çindən] idxal edir, indiyədək texniki səbəblərdən gecikmələr yaşayırdı. Bu çatdırılmalar bizim varlığımız, millətimizin varlığı üçün həlledici əhəmiyyətə malikdir”, – deyə Monqolustan hökumətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini dəstəkləyib və bunu bizim rəsmi bəyanatlarımız da təsdiqləyir.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 3-də Monqolustana səfəri Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) 2023-cü ilin martında onun barəsində həbs qərarı çıxarmasından sonra Roma Əsasnaməsini imzalayan ölkəyə ilk səfəri olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dörd ölkə sualtı kabelin həyata keçirilməsi üçün birgə şirkət yaradır
Öncəki yazı
Gürcüstan MN əməkdaşı xidməti vəzifəsini icra edərkən aldığı xəsarətlər nəticəsində Türkiyədə dünyasını dəyişib