Another advertisement
“Həyata keçirilən intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 169 km-də (Rikoti hissəsi) avtonəqliyyatın hərəkəti bərpa oldu,” – QafqazTürk xəbər verir ki, bu barədə Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilir.
İdarənin məlumatına görə, hərəkət tədbiq olunmuş xüsusi rejimə uyğun olaraq həyata keçiriləcək.
Xatırladaq ki, bu gün səhər güclü yağış nəticəsində Rikotidə torpaq sürüşməsi baş verdi. Təbii fəlakət Rikotidə avtonəqliyyatın hərəkətinə məhdudiyyətlər yaratdı.