Rikoti aşırımın müəyyən hissəsində yüngül yük və minik avtomobillərinin hərəkəti bərpa edilib.
“Müəyyən edilmiş xüsusi rejimə uyğun olaraq, gecə boyu Rikoti aşırımının müəyyən hissəsində qoşqu, yarımqoşqu və yük maşınları hərəkətdə olub”, – deyə Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda bildirilir.
Sözügedən idarədən verilən məlumata görə, yüngül və minik avtomobillərinin hərəkəti saat 07:00-dan başlayıb. “Hazırda nəqliyyatın hərəkəti sərbəstdir və avtomobillərin hərəkətinin yüksək intensivliyi səbəbindən yalnız Surami və Vertkviçal qovşağında hərəkət ləngiyir.
Monitorinq qrupları Rikoti hissəsində 24 saat ciddi monitorinqi davam etdirir. Həmçinin, Qomi-Saçxere-Çiatura-Zestafoni istiqamətində yüngül və minik avtomobilləri üçün hərəkət sərbəstdir.
Xatırlatmaq istərdik ki, Beynəlxalq Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 114-kilometrliyinin 194-cü hissəsində (Axalsofli qovşağı-Zestafoni) aşağıdakı xüsusi rejimlərdə avtomobillərin hərəkətinə icazə verilir:
Yüngül avtonəqliyyat vasitələrinin və avtobusların (oturacaq yeri 30-dan çox olanlar da daxil olmaqla) saat 07:00-dan 19:00-dək hərəkətinə icazə verilir. Bu arada, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır;
Qoşquların, yarımqoşquların və yük maşınlarının (>3500 kq) tərs istiqamətdə hərəkətinə saat 21:00-dan 06:00-dək icazə verilir. Bu arada, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır;
Rikoti tuneli-Xevi avtomobil yolunun müəyyən hissəsində bütün növ nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək. Ölkədaxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunda günün və gecənin istənilən vaxtında yüngül avtomobillərin hərəkəti sərbəstdir.
Qeyd olunan rejimlərdə nəqliyyatın hərəkəti birbaşa patrul polisinin nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”, – Avtomobil Yolları İdarəsindən bildirilib.