This is a specific ad

Reuters – Suriyanın faktiki lideri Rusiyadan Bəşər Əsədin təhvil verilməsini tələb edir

33

Another advertisement

Suriyanın faktiki lideri Rusiyadan Bəşər Əsədi təhvil verməsini tələb edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Reuters-in məlumatına görə, Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Suriyaya səfər edən Rusiya nümayəndələrindən keçmiş prezident Bəşər Əsədi təhvil vermələrini tələb edib.

Əl-Şaraa həmçinin bildirib ki, Rusiya “kompensasiya və yenidənqurma da daxil olmaqla, konkret tədbirlərlə” Suriyada etimadı bərpa etməlidir.

Xatırladaq ki, Əhməd əl-Şaraa başçılıq etdiyi suriyalı üsyançılar dekabrın 8-də Dəməşqi ələ keçirib. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiyaya qaçıb.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Bakıya qarşı yeni “Vardanyan planı” – Putin hansı addımı atıb?
Öncəki yazı
30 yanvar tarixinə olan valyuta məzənnəsi bəllidir