Fransa Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı ikinci fövqəladə sammitini planlaşdırır.
Bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa liderlərinin fevralın 17-də Parisdə keçirilən və Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropanın təhlükəsizliyini müzakirə etdiyi fövqəladə sammitdən sonra Fransa artıq ikinci sammitə hazırlaşır. Bu dəfə ilk sammitdə iştirak etməyən Kanada və Avropa ölkələri dəvət olunacaq.
Nəşrin iki mənbəsinin məlumatına görə, ikinci sammitə dəvət olunan ölkələr bunlardır: Norveç, Kanada, Litva, Estoniya, Latviya, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika. Görüş hibrid formatda, o cümlədən videokonfrans formatında keçiriləcək.