Prezident Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 10 mindən çox əməkdaşından 300-dən azını saxlamağı planlaşdırır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters müxtəlif mənbələrə əsasən məlumat yayıb.
Mənbələrə görə, Afrika Bürosunda 12, Asiya Bürosunda isə 8 işçi olmaqla, yalnız 294 işçi öz işini saxlayacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask USAİD-i cinayət fəaliyyətində ittiham ediblər. Çərşənbə axşamı Tramp administrasiyası USAİD-in birbaşa işə götürülən işçilərini azad etməyi və xaricdə işləyən minlərlə işçini geri çağırmağı planlaşdırdığını açıqladı.
Administrasiya USAID-i Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır. Tramp dövlət katibi Marko Rubionu USAİD-in müvəqqəti administratoru təyin edib. Konqresin Tədqiqat Xidmətinin (CRS) məlumatına görə, USAID-də 10 000-dən çox insan çalışır ki, onların üçdə ikisi ABŞ-dan kənardadır.