Another advertisement
“ABŞ potensial olaraq ilin sonuna qədər Ukraynada seçki keçirmək istəyir, xüsusən də Kiyev yaxın aylarda Rusiya ilə atəşkəs razılaşmasına nail ola bilsə”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters Keith Kellogga əsasən məlumat yayıb.
O bildirib ki, Ukraynada Rusiya ilə müharibə zamanı dayandırılmış prezident və parlament seçkiləri keçirilməlidir.
Keith Kellogg qeyd edib ki, “əksər demokratiyada müharibə zamanı seçkilər olur. Məncə, onların bunu etmələri vacibdir. Fikrimcə, bu, demokratiya üçün yaxşıdır. Bu, güclü demokratiyanın gözəlliyidir”.