Çexiyanın Most şəhərində restoranda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Yanğınsöndürmə idarəsinin verdiyi məlumata görə, partlayışa qızdırıcının aşması səbəb olub və nəticədə binada yanğın baş verib. Agentlikdən əldə olunan məlumat görə, hadisə yerinə 12 yanğınsöndürmə briqadası səfərbər edilib.
“Mostda Coyote restoranında propan-butan silindri partlayıb. Hadisə şahidlərinin verdikləri ilkin məlumata görə, qızdırıcının aşması yanğına səbəb olub.
“12 yanğınsöndürmə briqadası hadisə yerindədir”, – Çexiyanın Yanğından Mühafizə Xidməti yazıb.
Yanğınsöndürmə briqadasının verdiyi məlumata görə, bağlı tualetdə qalan ağır xəsarət alan bir nəfər xilas edilib.
Ölkənin daxili işlər naziri Vit Rakusan da Çexiya Radiosuna müsahibəsində partlayışın ehtimal olunan səbəbinin restoranın bağçasında aşmış qızdırıcının olduğunu bildirib.
“Bu faciədən əziyyət çəkən hər kəsə səmimi başsağlığımı bildirirəm və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”. – Rakusan X-də yazdı.