Gürcüstan regionlarında taksi sürücüləri fəaliyyətləri üçün müvafiq icazə almalı olacaqlar.
QafqazTürk.com xəbər verir ki, artıq Milli Məclisdə sözügedən qanunlayihəsinin komitə müzakirələri başlayıb.
Qanunvericiliyə əsasən, icazə verilən fəaliyyət növləri sırasına yeni icazə fəaliyyəti – bələdiyyənin inzibati hüdudları daxilində yüngül nəqliyyat vasitəsi ilə daşıma-taksi (M1 kateqoriyası) da əlavə ediləcək.
Göstərilən fəaliyyətə icazə ən azı bir il müddətinə verilir. Taksi sahibləri icazə almaq üçün təxminən 100 lari ödəməli olacaqlar.
Bundan başqa, qanunlayihəsinin maliyyə nəticələri də olacaq.
Qanunvericilik paketinə əsasən, maliyyə sanksiyaları da tətbiq ediləcək. Xüsusilə, bələdiyyənin inzibati sərhədləri daxilində (Gürcüstanın paytaxtı istisna olmaqla) icazə şərtlərini pozaraq taksiçilik fəaliyyətini həyata keçirdikdə 100 lari, taksi ilə köçürməni icazəsiz həyata keçirdikdə 200 lari məbləğində cərimə tətbiq ediləcək.