This is a specific ad

Regionlarda qeydiyyata alınmış avtomobillərin sayı – STATİSTİKA

15

Another advertisement

Gürcüstanda ən çox qeydiyyatdan keçmiş avtomobillərin sayı Tbilisidədir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, paytaxtda ümumilikdə 619 min 6 avtomobil hərəkət edir. Bu göstərici Tbilisidən sonra ən çox avtomobilin olduğu İmeretidən təxminən üç dəfə yüksəkdir – 213 min 959.

Regionlar üzrə avtomobillərin sayı aşağıdakı kimidir:

  • Tbilisi – 619 min 6
  • İmereti – 213 min 959
  • Kvemo Kartli – 165 min 152
  • Kaxeti – 148 min 851
  • Acarıstan – 134 min 642
  • Sameqrelo-Zemo Svaneti – 107 min 389
  • Şida Kartli – 97 min 813
  • Samtsxe Cavaxeti – 66 min 98
  • Mtsxeta-Mtaineti – 44 min 268
  • Quriya – 39 min 440
  • Raça-Leçxumi və Kvemo Svaneti – 11 min 118

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-sentyabr aylarının məlumatına görə, Gürcüstanda ümumilikdə 1 milyon 647 min 629 nəqliyyat vasitəsi qeydiyyatdadır və 2022-ci ildə bu say 1 milyon 563 min 165 ədəd təşkil edib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Oynaq ağrılarını azaldır, əhvalı qaldırır – Sadə üsul
Öncəki yazı
ღაზაში გაერო-ს 88 თანამშრომელი დაიღუპა – გაერო