This is a specific ad

Rəcəb Tayyip Ərdoğan: “Qara dəniz qazını yandıracağıq”

62

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə 29 Oktyabr Bulvarında keçirilən mitinqdə iştirak edib.

QafqazTürk.com xəbər verir ki, ifctimaiyyətə müraciət edən dövlət başçısı müxalifəti tənqid edib və vətəndaşlara şad xəbər verib.

“21 il ərzində biz ancaq iş görmüş və xalqa xidmət siyasəti aparmışıq. Bununla da ölkəmizin çoxəsrlik çatışmazlıqlarını aradan qaldırmışıq. Son 20 ildə Dənizliyə 70 milyard sərmayə qoymuşuq. Bəs onlar nə etdilər? İzmirə nə etdilər?”, – deyə Ərdoğan müxalifətə işarə edərək bildirib.

O, aprelin 20-də Qara dənizdən hasil edilən mavi qazın yandırılacağını bəyan edib.

“Biz artıq Qara dəniz qazını yandıracağıq. Aprelin 20-də Filyosdayıq, iftardan sonra təbii qazımızı alovlandıracağıq”, – deyə Ərdoğan qeyd edib.

O, vurğulayıb ki, Qərb onun hakimiyyətdən gedəcəyini səbirsizliklə gözləyir.

Kateqoriya: Dünya
Sonrakı yazı
20-21 aprel tarixlərində gözlənilən hava şəraiti
Öncəki yazı
Ulduz falı – 20.04.2023