Another advertisement
“Fransa terrorun əsas dəstəkçisidir”.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib.
O, Türkiyəni istədikləri kimi idarə etmək istəyən imperialist güclər olduğunu deyib, həm daxili, həm də xarici təhdidlərlə mübarizə apardıqlarını vurğulayıb.
“Bir tərəfdən görürsən, Fransanın məşhur “Lafarge” şirkəti Suriyada mağaralar tikib. Kimə? Terrorçulara. Təəssüf ki, Fransa terrorun əsas dəstəkçisi oldu. Biz isə bilirsiniz nə etdik? Şimali Suriyada “Lafarge”ın bütün sığınacaqlarını məhv etdik”, – deyə Türkiyə prezidenti bildirib.