This is a specific ad

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək

35

Another advertisement

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.

Məlumata görə, görüş günorta saatlarında dövlət başçısının iqamətgahında baş tutacaq.

Qeyd edək ki, Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə də görüşlərinin keçirilməsi planlaşdırılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri azalıb
Öncəki yazı
MSK aralıq/növbədənkənar seçkilərin avqustun 2-nə təyin edilməsi məsələsinə baxır