This is a specific ad

Rəcəb Tayyib Ərdoğan Azərbaycan xilasedicilərini təltif edib

65

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu və xilasediciləri Türkiyədə baş verən zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətdə Fədakarlığa görə” medalı ilə təltif edib.

QafqazTürk.com xəbər verir ki, təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün verilən medallar Türkiyənin səmimi təşəkkürüdür.

“Siz 85 milyon insanın qəlbində xüsusi yer qazanmısınız. Hər biriniz verdiyiniz fədakarlıqlarla adınızı tarixə yazdırmısınız. Siz göstərdiniz ki, əqidə, dil və mədəniyyət fərqliliyinə baxmayaraq, dərdimiz ortaqdır”, – deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ukrayna Baş Qərargahı: Ən çətin döyüşlər Baxmut və Marinkada gedir
Öncəki yazı
Ğaribaşvili Stoltenberqlə Ukraynanı müzakirə edib