“Real Madrid” Arda Gülerlə müqavilə imzaladı – VİDEO

28

Another advertisement

“Fənərbağça”nın futbolçusu Arda Gülerin “Real Madrid”ə keçidi rəsmiləşib.

QafqazTürk.com xəbər verir ki, İspaniya klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, Türkiyə millisinin üzvü tibbi müayinədən keçdikdən sonra altı illik müqaviləyə imza atıb.

18 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində 24 nömrəli formanı geyinəcək.

“Kral klubu” bu keçid üçün 20 milyon avro ödəyəcək. Əlavə olaraq 10 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, “Fənərbağça” futbolçunun növbəti satışından 20% pay alacaq.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Arda Güler 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.

Kateqoriya: İdman
Sonrakı yazı
Şalva Papuaşvili: Gürcüstan müasir dövrün təhlükəsizlik çağırışlarına məsuliyyətlə yanaşır
Öncəki yazı
Rəşad Dağlının məhkəməsi baş tutdu: Bu qədər cəza istənildi