This is a specific ad

RBK: Rusiya ilə Gürcüstan arasında uçuşlar mayın 16-dan bərpa oluna bilər

23

Another advertisement

Rusiyanın “Azimut” və Gürcüstanın “Gürcüstan Hava Yolları” aviaşirkətləri Gürcüstan və Rusiya arasında hava hərəkətinin bərpası üçün son rəsmi proseslər yerinə yetirilərsə, gələn həftə Moskvadan Tbilisiyə uçuşlara başlamağı planlaşdırır.

QafqazTürk xəbər verir ki, bu barədə rus nəşri RBK məlumat yayır.

Məlumatda qeyd edilir ki, “Azimut” mayın 16-dan Vnukovodan Tbilisiyə, “ Gürcüstan Hava Yollar” isə mayın 18-dən uçuşlara başlaya bilər.

“Bəlkə mayın 18-də yox, bir az sonra başlaya bilərik. Ümid edirəm ki, biz yaxın on gündə uçuşlara başlayacağıq”, – Gürcüstan Hava Yollarının prezidenti Tamaz Qayaşvili RBK-ya bildirib. Onun sözlərinə görə, “Azimut” həqiqətən də gələn həftədən Tbilisiyə uçuşlara hazırlaşır. Azimut həftədə altı dəfə Tbilisiyə uçmağı planlaşdırır.

Rusiya nəşri yazır ki, “Gürcüstan Hava Yollar” gələn həftənin əvvəlində Tbilisi və Moskva arasında uçuşlar üçün biletlərin satışına başlamaq barədə düşünür.

Sonrakı yazı
Zelenski Roma Papası Fransisk ilə görüşüb
Öncəki yazı
Berlin müharibə başlayandan bəri Kiyevə ən böyük yardım paketini hazırlayır – ƏTRAFLI