“Razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda nizamlanmaya aparan yoldur” – Peskov

2

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli sazişlərinin həyata keçirilməsi Cənubi Qafqazda nizamlanmanın əldə olunmasına imkan verəcək.

QafqazTürk xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya, bilirsiniz ki, iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərə tam şəkildə sadiqdir. Bizim fikrimizcə, onlar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır. Razılaşmaya nail olmaq üçün isə biz əldə olunan o razılaşmaları həyata keçirməliyik”, deyə Peskov “Rossiya 1” kanalına bildirib.

0
0
Kateqoriya: Region
Sonrakı yazı
Türkiyədə seçkilər: ilkin nəticələr açıqlanır
Öncəki yazı
“Qarabağ”ın 10-cu uğuru