Rati Breqadze: “Həkimlərin tövsiyəsi olarsa, Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək”

0

“Həkimlərin tövsiyəsi olarsa, Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək” – QafqazTürk bildirir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze qeyd edib.

O, məhbusun cəzasını cəzaçəkmə müəssisəsində çəkməsi gərəkdiyini, lakin səhhətinə görə Saakaşvilinin hazırda tibb müəssisəsində olduğunu bildirib.

“Əvvəllər də demişəm, indi də təkrar edirəm ki, həkimlərin tövsiyəsi olarsa, təbii ki, Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Məhkum cəzasını cəzaçəkmə müəssisəsində çəkir, lakin səhhətinə görə bir çox digər məhbus kimi Saakaşvili də hazırda tibb müəssisəsindədir”-deyə Rati Breqadze bildirib

0
0
Sonrakı yazı
Ukrayna-NATO Şurasının ilk iclasının tarixi açıqlanıb – ƏTRAFLI
Öncəki yazı
Tbilisidə tikinti sahəsindən yıxılan fəhlə yerindəcə dünyasını dəyişib