This is a specific ad

Rati Breqadze:Bu gün “Milli Hərəkat” hakimiyyətdə olsaydı, üç məhbus əvəzinə üç meyitimiz olardı

13

Another advertisement

“Müxalifətin qaçan məhkumların təslim olması çağırışı ilə bağlı bəyanatları bir daha “Milli Hərəkat”ın manyak simasını göstərir”

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın ədliyyə naziri jurnalistlərlə söhbəti zamanı açıqlayıb.

Rati Breqadzenin sözlərinə görə, hakimiyyət humanist üsullarla hərəkət edir, axtarışda olan şəxsi hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırır.

“Bunu bəyənməyən və başqa üsullara üstünlük verən müxalifətin açıqlamalarına gəlincə, onlar bir daha cəmiyyətə öz manyak simalarını və “Milli Hərəkat” rejiminin simasını göstərdilər. Bu rejim cinayətkarlardan güllə əsirgəmədiyini, axtarış əməliyyatı gedəndə, nazirlər iki meyit tələb edəndə bütöv bir ailəni helikopterdən öldürdüyünü açıq şəkildə bəyan edirdi. Açıq şəkildə deyirəm bu gün “Milli Hərəkat” hakimiyyətdə olsaydı, üç məhbus əvəzinə üç meyitimiz olardı”- deyə nazir bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Avropanın şimal-qərb hissəsində “Ciaran” qasırğası 6 nəfərin həyatına son qoyub
Öncəki yazı
Sabah möhtəşəm kosmik hadisə gözlənilir