Ramazan ayının on səkkizinci gününün imsak, iftar və namaz vaxtları

82

Another advertisement

Aprelin 9-u Ramazan ayının on səkkizinci günüdür. 

QafqazTürk.com xəbər verir ki, Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:44-da, iftar vaxtı isə 19:27-dədir. 

Aprelin 9-u üçün namaz vaxtları: 

Sübh azanı04:49
Zöhr azanı12:42
Əsr azanı17:19
Məğrib azanı19:27
İşa azanı20:31

On səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!” 

Tərcüməsi:
“İlahi, məni bu ayda öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!” 

İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

Kateqoriya: Din
Sonrakı yazı
Ət və yumurta satışı obyektlərinə baxış keçirilir
Öncəki yazı
Qardabanidə avtomobil qəzası baş verib – 1 nəfər ölüb