Ramazan ayının iyirmi dördüncü gününün imsak, iftar və namaz vaxtları

0

Sabah Ramazan ayının iyirmi dördüncü günüdür. 

QafqazTürk.com xəbər verir ki, Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:33-də, iftar vaxtı isə 19:33-dədir. 

Aprelin 15-i üçün namaz vaxtları: 

Sübh azanı04:38
Zöhr azanı12:41
Əsr azanı17:23
Məğrib azanı19:33
İşa azanı20:39

İyirmi dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin!” 

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

0
0
Kateqoriya: Din
Sonrakı yazı
Rustavidə yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan qadın ölüb
Öncəki yazı
Danimarkada Qurani-Kərimə və Türk bayrağına qarşı hörmətsizlik