This is a specific ad

Racada daha bir cəsəd tapılıb – təbii fəlakət nəticəsində ölənlərin sayı 22-yə çatıb

47

Another advertisement

Racada daha bir cəsəd tapılıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı 22-yə çatıb.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvilinin verdiyi məlumata görə, cəsəd təbii fəlakətin episentrindən 20 kilometr aralıda çay yatağında tapılıb.

Onun sözlərinə görə, bundan əlavə, təbii fəlakətdən 24 kilometr aralıda insanın aşağı ətrafı da tapılıb.

Xatırladaq ki, avqustun 3-də Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində sürüşmə baş verib. Təbii fəlakət nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər həlak olub. 11 nəfərin axtarışları hələ də davam edir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürdü – VİDEO
Öncəki yazı
Avtomobil ticarətçilərinin DİQQƏTİNƏ!