This is a specific ad

Rabitə Komissiyası: 5-ci nəsil internetin tətbiqi məqsədilə hərrac elan ediləcək.

84

Another advertisement

Rabitə Komissiyası 5-ci nəsil mobil internet olan 5G-nin tətbiqi üçün zəruri olan hərracın keçirilməsindən ötrü ictimai məsləhətləşmələrə başlayıb. İctimai məsləhətləşmələrin məqsədi hərrac elan olunana qədər bütün maraqlı tərəflərə hərracın şərtləri ilə bağlı öz fikirlərini bildirmək imkanı verməkdir.

QafqazTürk xəbər verir ki, bu barədə Rabitə Komissiyası məlumat yayıb.

5-ci nəsil internetin tətbiqi məqsədilə 23 lot üzrə hərrac elan ediləcək. Hərraclar çərçivəsində 700, 3400-3700 və 2600 meqahers diapazonlu tezlik diapazonlarının təklif edilməsi planlaşdırılır.

5G simsiz internet texnologiyasının yeni nəslidir.Mövcud texnologiyalarla müqayisədə mobil internetin sürətini əhəmiyyətli dərəcədə artıracaq, gecikməni azaldacaq və rabitə sektoru ilə birlikdə aşağıdakı mühüm sahələri tamamilə yeni səviyyəyə çıxaracaq: səhiyyə, təhsil, biznes, kənd təsərrüfatı, infrastruktur və s. Bu da öz növbəsində ölkə iqtisadiyyatını gücləndirəcək.

Qeyd edək ki, 5G şəbəkələrini qurarkən operatorlar şəbəkənin yüksək keyfiyyətinə və təhlükəsizliyinə töhfə verəcək Avropa İttifaqı tərəfindən müəyyən edilmiş texniki normaları rəhbər tutmalıdırlar.

Sonrakı yazı
Qardabanidə avtomobil qəzası baş verib – 1 nəfər ölüb
Öncəki yazı
Alimlər qədim Homo Sapiensin üzünü rekonstruksiya ediblər