• 24 Fevral 2025 12:22

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Rəsmi ilkin nəticələr – Bundestaq seçkilərində Fridrix Merzin mühafizəkar bloku liderdir

ByTürkan Şahverdova

Fev 24, 2025
Another advertisement

Deutsche Welle xəbər verir ki, səslərin hesablanması başa çatdıqdan sonra rəsmi ilkin nəticələrə əsasən, Fridrix Merzin mühafizəkar bloku – “Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı” (CDU/CSU) 28,6% səslə Bundestaqda keçirilən növbədənkənar seçkilərdə qalib gəlib. İfrat sağçı Almaniya üçün Alternativ (AfD) 20,8% səslə ikinci, sol-mərkəzçi Almaniya “Sosial Demokrat” Partiyası (SPD) 16,4% ilə üçüncü, “sol-liberal Alyans 90/Yaşıllar” dördüncü (səslərin 11,6%), Sol Partiya isə beşinci (8%) olub.

Qalan partiyalar parlamentə daxil olmaq üçün tələb olunan 5%-lik baryeri keçə bilməyiblər.