Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın silahı yerə qoymasından sonra Türkiyə tarixində yeni səhifə açıldığını bildirib.
“Terror təşkilatı bundan öncə dağılmaq qərarını açıqlayıb. Dünən bu qərar çərçivəsində İraqın şimalında təşkil edilən mərasimlə silahı yerə qoyub. Dünən 47 illik terror dövrü başa vuruldu. Bu gün ölkəmizin tarixində yeni səhifə açılıb”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, cümə günü onlarla PKK yaraqlısının İraqın şimalında silahlarını yerə qoymasından sonra 86 milyon Türkiyə vətəndaşı qalib gəlib.
“Biz nə etdiyimizi bilirik. Bunu Türkiyə üçün, gələcəyimiz üçün edirik”, – Ərdoğan vurğulayıb.