This is a specific ad

“HƏMAS” terror təşkilatı deyil- Ərdoğan

51

Another advertisement

HƏMAS” terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan xilaskar və mücahidlər qrupudur-bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə Prezidenti İsrailə səfərinin planlaşdırıldığını, lakin bu səfərin daha baş tutmayacağını bildirib. Ərdoğanın sözlərinə görə, bir çox ölkələr Qəzza münaqişəsində gərginləşdirici rol oynayır.

“Bizim İsrail dövləti ilə heç bir problemimiz yoxdur, lakin biz İsrailin törətdiyi vəhşilikləri və onun dövlət olaraq deyil, bir təşkilat kimi fəaliyyət göstərməsini heç vaxt bəyənməmişik və bəyənməyəcəyik. İsrailin Qəzzaya hücumları zamanı həlak olanların demək olar ki, yarısı uşaqdır. Məqsəd bəşəriyyətə qarşı cinayət törətmək üçün qəsdən qəddarlıq etməkdir. İsrailin Qəzzaya hücumları həm qətliam, həm də onları həyata keçirənlərin və onlara dəstək verənlərin ruhi xəstəliyinə işarə edən bir vəziyyətdir. Bir gün, hazırda güvəndikləri qüvvələr yoxa çıxdıqda, İsrail xalqının güvən və mərhəmət axtaracağı ilk yer 500 il əvvəl olduğu kimi Türkiyə olacaq”- deyə Ərdoğan bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu il Gürcüstan rekord sayda avtomobil alıb
Öncəki yazı
Gürcüstan Avropa Birliyinə gedən yolda bütün dəstəyi alacaq – Oliver Varhey