This is a specific ad

Rəcəb Tayyib Ərdoğan Rusiyanın yeni nüvə doktrinasını qəbul etməsinə münasibət bildirib

241

Another advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın yeni nüvə doktrinasını qəbul etməsinə münasibət bildirib və bəyan edib ki, Şimali Atlantika Alyansı rəhbərliyi bu dəyişiklikləri nəzərə almalıdır.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

“Düşünürəm ki, Rusiyanın bu bəyanatı hər şeydən əvvəl adi silahlara qarşı atılan bir tədbirdir və hesab edirəm ki, Rusiyanın bu addımı NATO rəsmiləri tərəfindən də müzakirə olunmalıdır”, – deyə Ərdoğan bildirib.

Bununla yanaşı, Ərdoğan hesab edir ki, ölkəsi Ukrayna və Rusiya ilə ikitərəfli münasibətləri qorumalıdır.

“Nüvə silahının istifadə olunduğu müharibənin müsbət tərəfinin olduğunu deyə bilmərik. Xüsusilə Ukraynanın son zamanlar istifadə etdiyi raketlər bu vəziyyətin nə qədər uzağa çatdığını və hara çatacağını göstərir. Bu, əlbəttə ki, müsbət hal deyil. Biz Türkiyə olaraq bütün bu neqativlərə qarşı mövqeyimizi qoruyub saxlayırıq və vəziyyətin sülhə doğru inkişafını gözləyirik”, – deyə Ərdoğan bildirib.

Sonrakı yazı
Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət komandası Avropa çempionatında çıxış edəcək
Öncəki yazı
Regionda vəziyyət necədir? – İqtisadi baxış