Rəcəb Tayyib Ərdoğan Rusiya, Ukrayna və ABŞ arasında mümkün sülh danışıqlarına ev sahibliyi etməyi təklif edir

56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Ukrayna və ABŞ arasında mümkün sülh danışıqlarının Türkiyədə keçirilməsini təklif edib.

Bu barədə Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

Sülh şərtləri ilə bağlı Türkiyənin mövqeyini açıqlayan Ərdoğan mətbuat konfransında Ukraynanın ərazi bütövlüyü və suverenliyinin “şübhəsiz” olduğunu bildirib.

Məlum olduğu kimi, dünən Səudiyyə Ərəbistanında keçiriləm ABŞ-Rusiya danışıqlarına Ukrayna rəsmiləri dəvət edilməmişdi.

Sonrakı yazı
Reuters – Fransa Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı ikinci fövqəladə sammit keçirməyi planlaşdırır və…
Öncəki yazı
“HƏMAS” atəşkəs razılaşmasının ikinci mərhələsi çərçivəsində Qəzzada qalan bütün girovları azad etməyə hazırdır – Əl-Cəzirə