Rəcəb Tayyib Ərdoğan: “Dayanmayacağıq!”

0

“TCG Anadolu sayəsində biz dünyada ilklərdən biri olan və oyun dəyişdirən texnologiyalara öncülük edən bir ölkə olacağıq”.

QafqazTürk.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz hakimiyyətə gələndə gördük ki, meydanda və masa arxasında güclü diplomatiya üçün müdafiə sənayesində güclü olmaq lazımdır. Xarici asılılığımızı azaltmaqda çox yaxşı səviyyəyə gəlmişik. Yerli göstəricimizi 80 faizə çatdırmağımız tarixi uğurdur. Müdafiə sənayesi büdcəmizi 75 milyard dollara çatdırırıq. Ölkəmizi dünyada layiq olduğu yerə aparana qədər dayanmayacağıq”, – Ərdoğan vurğulayıb.

“TCG Anadolu gəmisi ilə millət olaraq fəxr edək”, – deyə R.T. Ərdoğan əlavə edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğanın Türkiyə tarixində imzalanan ən iddialı layihələrindən biri – ƏTRAFLI
Öncəki yazı
Bu gün hökumət iclası keçirilib – Nələr müzakirə edildi?