This is a specific ad

Qəzzanın Səhiyyə Nazirliyi münaqişədə ölən fələstinlilərin sayını açıqlayıb

74

Another advertisement

Qəzzanın Səhiyyə Nazirliyinin yaydığı məlumata istinadən, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 443 nəfərə yüksəlib. Bu dövr ərzində ümumilikdə 88 481 nəfər yaralanıb.

QafqazTürk.com xəbər verir ki, verilən məlumata əsasən, son 24 saat ərzində 61 nəfər ölüb, 129 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür
Öncəki yazı
Yaponiya parlamentindən qərar: Sakinlərdən hər gün gülmək tələb olunur