This is a specific ad

Qəzzada humanitar atəşkəs barədə razılıq əldə olunub

57

Another advertisement

İsrail hökuməti çərşənbə axşamı Fələstinin radikal HƏMAS hərəkatı ilə onlarla girovun azad edilməsinə dair razılaşmanı təsdiqləyib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilib.

İsrail hökuməti saatlarla davam edən xüsusi iclasdan sonra dörd gün ərzində Qəzza zolağından ən azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib, sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq.

Bəyanatda deyilir: “İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən, dörd gün ərzində ən azı oğurlanmış 50 qadın və uşaq azad ediləcək”. Həmçinin oğurlanan daha 10 nəfərin azad edilməsi üçün atəşkəs əlavə bir gün də uzadıla bilər.

HƏMAS da bununla bağlı bəyanat yayıb. Bəyanatda girovların qaytarılması üçün İsraillə dörd günlük atəşkəs haqqında razılıq əldə olunduğu təsdiqlənib.

“Axios” portalının məlumatına görə, razılaşmanın birinci mərhələsində HƏMAS Qəzzada saxlanılan 50-yə yaxın israilli qadın və uşağı, İsrail isə əksəriyyəti qadın və yeniyetmələrdən ibarət 150-yə yaxın fələstinli girovu azad etməlidir. Bundan əlavə, İsrail Misirdən gündəlik olaraq Qəzzaya humanitar yardım aparan 300-ə yaxın TIR-a anklava keçməyə, o cümlədən daha çox yanacaq gətirilməsinə icazə verəcək. İkinci mərhələdə, İsrailin humanitar atəşkəsi bir neçə gün daha uzatması müqabilində HƏMAS daha çox qadın, uşaq və qocanı azad edə bilər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan istiqamətində Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb
Öncəki yazı
Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib