Qəzzada Gərginlik: İsrail Rəfaya Hava Zərbəsi Endirib

91

İsrailin Baş naziri Benyamin Netanyahu ofisinin məlumatına görə, Netanyahu İsrail Müdafiə Qüvvələrini (IDF) Qəzza sektorunda terrorçu hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə çağırıb. Bu çağırış, “HƏMAS” ın atəşkəs sazişini pozaraq İsrail əsgərlərinə hücum etməsindən sonra verilib.

IDF bildirib ki, sazişin imzalanmasından 9 gün sonra Rəfah şəhərində İsrail əsgərlərinə hücum edilib. Hücum reaktiv raketlər və snayper tüfənglərindən istifadə edilməklə həyata keçirilib. Müdafiə qüvvələri bunu atəşkəs sazişinin kobud pozulması adlandırıb. İsrail cavab olaraq Rəfaha hava zərbələri endirib.

“HƏMAS” isə insidentlə bağlı açıqlama yayıb və bildirib ki, hadisə İsrailin nəzarətində olan ərazidə baş verib və onların orada aylarca heç bir əlaqəsi olmayıb.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Aİ nazirləri Lüksemburqda Gürcüstandakı siyasi vəziyyəti müzakirə edəcəklər
Öncəki yazı
Əfqanıstan və Pakistan atəşkəs barədə razılığa gəlib