Another advertisement
Qətər İsrail və HƏMAS-a atəşkəs və girovların azad edilməsi sazişinin yekun layihəsini təqdim edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə The Guardian məlumatlı mənbəyə istinadən yazır.
Məlumata görə, bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoffun iştirak etdiyi danışıqlarda “sıçrayış”dan sonra baş verib. Danışıqlarda Co Bayden administrasiyasının rəsmiləri də iştirak edib
Fələstin rəsmisi mediaya açıqlamasında “Növbəti 24 saat razılığa gəlmək yolunda həlledici addım olacaq” deyib.