Gürcüstan Prokurorluğu Tbilisidə bir nəfəri qəsdən adam öldürmə faktı ilə ittiham edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Onların verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, sentyabrın 27-də Tbilisi şəhəri, Çabukiani küçəsində təqsirləndirilən şəxs mübahisə zəminində mərhumun döş qəfəsindən bıçaqla xəsarət yetirib.
Açıqlamada qeyd edildiyi kimi, zərərçəkən aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
“Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək həbs müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, – deyə məlumatda deyilir.