“Kiyevə Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verən Qərb ölkələri getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur ki, bu da bu münaqişənin genişlənməsinə gətirib çıxarır”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qərb ölkələrinin bu münaqişəyə, müharibəyə daha çox qarışması yeni gərginlik və eskalasiya dövrlərinə gətirib çıxarır. Bu pisdir”, – Peskov qeyd edib.
Onun sözlərinə görə, Qərb siyasətçiləri Ukraynadan Rusiya üçün strateji məğlubiyyət aləti kimi istifadə etməyə çalışırlar.
“Qərb siyasətçiləri ölkəmizi strateji məğlubiyyətə uğratmaq xəttini davam etdirirlər və təbii ki, bu məqsədlərə çatmaq üçün Ukraynadan alət kimi istifadə edirlər”, – Peskov vurğulayıb.