Qədr gecələrinin vaxtı açıqlanıb

7

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

Qafqaztürk.com xəbər verir ki,bu barədə bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə ,martın 29-dan 30-a keçən gecəyə təsadüf edir.

İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə, yəni martın 31-dən aprelin 1-nə keçən gecə

Üçüncü Qədr gecəsi isə Ramazan ayının 22-dən 23-nə keçən gecə, yəni aprelin 2-dən 3-nə keçən gecəyə təsadüf edəcək.

Məlumat üçün bildirək ki,Qədr gecəsi Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quran nazil olub. İslam alimlərinin bildirdiyinə görə, Qurani-Kərim peyğəmbərimizin (s) mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi.

 

20
0
Kateqoriya: Din
Sonrakı yazı
Qiorqi Amilaxvari Yerevan Dövlət Universitetində Gürcüşünaslıq Mərkəzinin açılışını edib
Öncəki yazı
უკრაინაში დაღუპული მებრძოლის, თენგიზ ჭანიას, ცხედარი ცხელი წერტილიდან გამოიყვანეს