This is a specific ad

Qurudulmuş xurma – hər dərdə dəvadır

231

Another advertisement

Xurmanın yüzlərlə çeşidi var və payız mövsümündə yığılır. Qış başlayana qədər piştaxtaları rəngləndirən xurma meyvəsi çiy və bərk olduqda sarı olur, yetişdikcə yumşalır və narıncı rəng alır.
Vitaminlər, minerallar və antioksidantlarla zəngin xurmanın orqanizmə faydaları olduqca çoxdur.

QafqazTürk Media qurudulmuş cənnət xurmasının faydalarını təqdim edir.

  • İmmunitet sistemini gücləndirir. C vitamini mənbəyi olan xurma ağ qan hüceyrələrinin istehsalını artıraraq immunitet sistemini dəstəkləyir. Gündəlik C vitamini ehtiyacını qarşılamaq üçün 1 xurma kifayətdir.
  • Göz sağlamlığını qoruyur. A vitamini göz sağlamlığı üçün vacib vitamindir. O, buynuz qişanı və gözün beyinlə əlaqəsini qoruyur. Xurmanın tərkibində bol miqdarda A vitamini var. Bir xurma gündəlik A vitamini ehtiyacının yarıdan çoxunu ödəyir. Bundan əlavə, xurma qabığı da göz xəstəliklərindən qorunmağa kömək etdiyi bilinən luteinlə zəngindir.
  • Həzm sisteminin dostudur. Xurmanın tərkibində B6 vitamini var. Qaz, şişkinlik və qəbizlik şikayətləriniz üçün faydalıdır. Xurmanın tərkibindəki lif bağırsaqların düzgün işləməsi üçün də xeyirlidir.
  • Ürək xəstəliklərinə qarşıdır. Antioksidantla zəngin xurma istehlakı xroniki xəstəliklər riskini azaltmağa kömək edir. Qandakı pis xolesterinin (LDL) səviyyəsini azaltmaqda təsirlidir.
  • Hamiləlik dövründə xurmanın həm ana, həm körpəyə faydaları var. Tərkibindəki kalsium və fosfor kimi minerallar körpənin sümük inkişafına kömək edir. Tərkibindəki dəmir anada ola biləcək anemiya riskinə qarşı bir tədbir olur.
  • Diabetin qarşısının alınması və ağırlaşma riskinin azaldılmasında xurmanın qabığında olan diabet əleyhinə və antioksidant xüsusiyyətlər daşıyan aktiv maddələr var. Həm diabetin başlanğıcı, həm də xəstəliyin uzunmüddətli fəsadlarına qarşı təsirlidir.

 

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Avropa Komissiyası Gürcüstanla Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə etmir
Öncəki yazı
Zelenski: Rusiya gürcülərin azadlığını əlindən aldı