This is a specific ad

Quru sərhədlərin açılıb-açılmayacağı ilə əlaqədar növbəti BƏYANAT

50

Another advertisement

Quru sərhədlərin açılması barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən rəsmi məlumat verilib.

QafqazTürk.com Azərbaycan mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı deputat Ceyhun Məmmədov Azərbaycan mediasına verdiyi müsahibəsində quru sərhədlərin bağlı qalmasının müxtəlif səbəblərinin olduğunu bildirib.

O bildirib ki, bu səbəblərdən biri də bəzi dünya dövlətlərinin Qərbdə yenidən pandemiyanın baş verəcəyi ilə əlaqədar səsləndirdiyi fikirlərdir:

Yenidən pandemiya dövrünə qədəm qoyula biləcəyi, virusun təkrar yayılacağı mümkündür. Ona görə də, bu gün pandemiyanın bitdiyini, təhlükənin yenidən olmayacağını söyləmək mümkün deyil. Qeyd etdiyim kimi, bu problem hələ də dünyanı narahat etməkdədir və bununla bağlı müxtəlif müzakirələr aparılır. Biz yenidən o günlərə qayıtmayacağımızı ümid edirik, amma bu, yalnız bizdən asılı olan məsələ deyil”.

Deputat həmçinin deyib ki, quru sərhədlərin bağlı qalmasına təhlükəsizlik aspektindən baxmağı bacarmalıyıq.

Söhbət ondan gedir ki, bu gün həm regionumuzda, həm qonşu dövlətlərdə hələ də müəyyən problemlər yaşanır. Bu baxımdan da quru sərhədlərin tam açılması ölkəmizə müəyyən problemlər və çətinliklər yarada bilər. Hesab edirəm ki, biz hələ gözləməliyik. Hər şey nə vaxt öz qaydasına düşərsə, virusun yayılması haqda verilən proqnozlar aradan qalxarsa, problemlərin arxada qaldığı bildirilərsə, təhlükəsizliklə bağlı məsələlər öz həllini taparsa, o zaman biz addım ata bilərik. Hələ ki, səbir edib gözləməliyik. İnanıram ki, bir müddət sonra hər şey qaydasına düşəcək”.

Dövlət Sərhəd Xidmətindən isə Azərbaycan mətbuatına bildirilib ki, sərhədlərin açılması gözlənilir:

Quru sərhədlərin açılması Nazirlər Kabinetinin qərarına əsasən baş tutacaq”.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
Öncəki yazı
İsrail Qəzzada atəşkəsdən imtina edib