Quru ədviyyatlarda yüksək miqdarda qurğuşun aşkar edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.
“Milli Qida Agentliyinin Acara Regional Bölməsinin səlahiyyətli şəxsləri dövlət nəzarəti çərçivəsində, quru ədviyyat nümunələri (istehsal tarixi: 18.07.2024) götürülərək Dövlət Kənd Təsərrüfatı Laboratoriyasına göndərilib. Laboratoriyadan alınmış sınaq aktı təsdiq edir ki, quru ədviyyatda qurğuşun miqdarı 9323 mq/kq təşkil edib ki, bu da yol verilən normadan xeyli yüksəkdir.
Obyektdə yerləşdirilən ədviyyatlar möhürlənib, sahibkara qurudulmuş ədviyyatın konkret partiyasını satmaq qadağan edilib və adı çəkilən qida məhsullarının bazara çıxarılmasının qarşısının alınması, artıq bazara çıxarılanların yığışdırılması və dərhal müəssisəyə məlumat verilməsi barədə göstəriş verilib. Sahibkar 500 lari məbləğində cərimə olunub”,- məlumat verilib.