This is a specific ad

Qurban bayramında həbsxanalara göndərilə biləcək ƏRZAQLAR – FOTO

49

Another advertisement

Bütün Gürcüstan Müsəlmanları İdarəsi ötən bayramlarda olduğu kimi, bu il də qarşıdan gələn Qurban bayramı ilə əlaqədar müsəlman məhbuslar üçün bayram yeməklərinin qəbulu ilə əlaqədar xüsusi penitensiar xidmətə müraciət edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Xüsusi Penitensiar Xidməti Müsəlmanlar İdarəsinin müraciətinə müsbət cavab verərək, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 29-30 iyun tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının cəzaçəkmə müəssisələrə buraxılmasına icazə verib.

Qurban bayramı ilə əlaqədar müəssisələrdə icazə verilən qidaların siyahısı:

  1. Soyutma ət – 3 kq.
  2. Plov – 2 kq.
  3. Pendir – 2 kq.
  4. Üzüm qurusu əlavə olunmuş tort-keks.
  5. Qızardılmış və soyutma toyuq əti.
  6. Xiyar-pomidor 3 – kq.
  7. Meyvə – 5 kq.

Kateqoriya: Din
Sonrakı yazı
საკვები, რომლებიც ყურბან ბაირამის დროს დასაშვებია სასჯელაღსრულების დაწესებულებებში
Öncəki yazı
Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verdi