This is a specific ad

Quranı yandıran şəxs barədə hökm oxundu

46

Another advertisement

Malmö Prokurorluğu Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan üçün qiyabi həbs qərarı verib.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.

Qəzetə müsahibə verən Paludan, “Ümumiyyətlə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlməyim təhlükəlidir və İsveçə gəlmək istəmirəm, istəyirəm videoifadə verim” deyib.

Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Combier Hogg mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Laçının yolları gecələr işıq saçır – FOTO
Öncəki yazı
Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?