Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirə ediləcək

99

Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məlumat verib.

O qeyd edib ki, xüsusilə bəzi Avropa ölkələrində Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək və bu məsələ ətraflı müzakirə ediləcək.

Xatırladaq ki, İsveçdə, Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması aksiyaları keçirilib. Bu aksiyalar bir çox müsəlman ölkələrinin qəzəbinə səbəb olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
კორეაში გამართულ საერთაშორისო ღვინის ფესტივალზე, საქართველო საპატიო სტუმრის სტატუსით მონაწილეობდა
Öncəki yazı
ყაზახეთმა ბაქო-თბილისი-ჯეიჰანის მილსადენით ნავთობმიწოდება 12-ჯერ გაზარდა