This is a specific ad

Qumar və gəlirli oyunlara aludə olan şəxslər…

285

Another advertisement

Onlayn oyun biznesinin sərtləşdirilməsi nəticəsində 2022-ci il martın 1-dən bu günədək 20 369 fiziki şəxs asılı şəxslərin elektron məlumat bazasında qeydiyyatdan keçib. Onlardan 54-ü hakimin qərarı əsasında, 20 315-i isə şəxsin özü tərəfindən tətbiq edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Məlumata görə, Gürcüstanın “Lotereya, qumar və gəlirli oyunların təşkili haqqında” qanununa əsasən, 1 milyon 522 min 900 nəfər haqqında məlumat avtomatik olaraq qadağan olunmuş şəxslər siyahısına daxil edilib.

Gəlirlər Xidməti xatırladır ki, Gürcüstanın “Lotereya, qumar və gəlirli oyunların təşkili haqqında” qanununa dəyişiklik 2022-ci il martın 1-dən həyata keçirilib.

Bunu da  nəzərinizə çatdırırıq ki, öz məlumatlarının asılı şəxslər siyahısına daxil edilməsi üçün həm fiziki formada, həm də elektron formada – səlahiyyətli istifadəçinin səhifəsindən – “Asılılıq siyahısına məlumatların daxil edilməsi” səhifəsindən müraciət etmək mümkündür.

Əgər şəxs Gəlir Xidmətinin https://www.rs.ge/ saytında qeydiyyatdan keçməyibsə, o, sözügedən xidməti https://videocall.rs.ge/ internet saytı vasitəsilə onlayn formatda ala bilər.

Məlumat üçün bildirək ki, qeydiyyat xidmətini iş günlərində – saat 09:00-dan 18:00-dək həm öz adınıza, həm də etibarnamə vasitəsilə videozənglə əldə etmək mümkündür.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İsrailin döyüş təyyarələri tunelə düşüb
Öncəki yazı
Kür çayı niyə Kür adlanır? – Zaqafqaziyanın ən böyük çayı haqqında maraqlı faktlar